AZ

Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri işləri aparılır (VİDEO)

Bakı. Trend:

Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlıAzərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindəngenişmiqyaslı təmir-tikinti işləri aparılır.

Trend xəbər verir ki, bununla bağlı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində təmir olunan küçələrin ümumisahəsi 843 min kv.m təşkil edir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtüksökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntuqazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yolyatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsasıinşa edilir. Sadalanan işlərin yekunlaşdığı küçələrdə yeniasfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yolkənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədiləmövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşaedilir, kənarlarına səki daşları düzülür.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq sonda hərəkətinnormal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçininpiyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruriyol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yolinfrastrukturu yaradılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır.İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi saydacanlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması vəmüasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılantəmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinəzəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.

Məqalədə:
Seçilən
9
11
az.trend.az

10Mənbələr