AZ

Bakı Limanına cəlb edilən yük həcmində ciddi artım proqnozlaşdırılır – Xudayar Həsənli (MÜSAHİBƏ)

Bakı. Trend:

Ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı)yükaşırma göstəricisi artaraq 7,6 milyon tona çatıb. Ayrı-ayrı yüknövləri üzrə ən böyük artım isə konteynerlərin aşırılmasında (73%artım) qeydə alınıb.

Bu sözləri Trend-ə müsahibəsində "Bakı Beynəlxalq Dəniz TicarətLimanı" QSC-nin Strateji Planlaşdırma və İnkişaf Departamentininmüdiri Xudayar Həsənli deyib.

O, müsahibəsində Bakı Limanında indiyədək görülən işlər,hədəflər, logistik əməkdaşlıqlar, Orta Dəhlizin inkişafstrategiyası, eləcə də Zəngəzur dəhlizinin açılmasının mümkünprespektivləri və yeni layihələrlə bağlı suallarıcavablandırıb.

Liman rəsmisi əvvəlcə statistik göstəricilərə nəzər salıb. Obildirib ki, xüsusilə də bəzi istiqamətlər üzrə kəskin artımmüşahidə olunur: “Məsələn, birinci kəskin artım limanda konteyneraşırılmasında qeydə alınıb. Konteynerin dövriyyəsi 2023-cü ildə 44272 TEU-idisə, 2024-cü ildə bu rəqəm 76 775 TEU oldu. 7-8 il bundanəvvələ baxsaq, konteynerlərin illik dövriyyəsi 15-20 min TEUsəviyyəsində idi. Yəni 4-5 dəfə artıma nail ola bilmişik. BakıLimanının birinci fazasının potensialı 100 min TEU-dur. Bu isə odeməkdir ki, biz artıq limanın birinci fazasının konteynerdövriyyəsinin 76%-ni istifadə edirik. Əlavə infrastrukturlayihələri və digər terminalların potensialından istifadə etməkləbu rəqəmi 150 min TEU ekvivalentinə qədər artırılması üçün işaparılır. Lakin gələcəkdə konteyner və yük axınlarının bu rəqəminçox üzərində olması gözlənilir. Bu da limanının genişləndirilməsivə ikinci fazanın inşasını labüd edir”.

Çindən Orta Dəhlizə blok qatarların yönləndirilməsi bu logistikmarşurut üzrə yükdaşımaların həcmində ciddi irəliləyişə səbəbolub

“2024-cü Çindən Orta Dəhlizlə 310-dan çox blok qatar yolasalınıb. Hər bir blok qatar da 100-110 TEU və ya 50-55 ədəd 40futluq konteynerdən ibarət olur. Əks istiqamətdə bu göstərici hələki çox azdır. Çindən gələn blok qatarı Qazaxıstanda Aktau limanına,oradan gəmilərlə Bakı Limanına çatdırılır. Bu yüklərin bir hissəsiidxal, digər hissəsi tranzitdir. Traznit yüklər əsasən Gürcüstanistiqamətinə hərəkət edir. Gürcüstanda yük iki istiqamətə -Bakı-Tbilisi-Qars və ya Qara Dənizə doğru yönləndirilir. Qara Dənizvasitəsilə yüklər Avropa ölkələrinə çatdırılır”, - deyə X. Həsənlibildirib.

Müsahib 2025-ci ildə minimum 600 blok qatarın Çində Orta Dəhlizəyollanmasının təsdiq edildiyini xatırladıb və bildirib ki, həttabunun daha çox olması gözlənilir: “Lakin dəhlizin buna tam hazırolması üçün görülməli tədbirlər var. Çinin quru yolu ilə göndərməkistədiyi konteyner dövriyyəsi həcmi Orta Dəhlizin potensialındanqat-qat çoxdur. Yəni Çin tərəfi Orta Dəhlizin potensialdan qat-qatçox yük göndərməyə hazırdır. Lakin yüklərin vaxtında keçməsinə maneolan bir neçə səbəblər mövcuddur. İlk olaraq Çin-Qazaxıstansərhəddində yük aşırmada tez-tez sıxlıq müşahidə edildiyindən oradagenişlənməyə ehtiyac var (burada qismən sıxlıq hələki müşahidəedilir). Eyni zamanda Aktau Limanında da sıxlıq müşahidəolunmaqdadır. Bu limanda sıxlığa səbəb infrastruktur məsələləri iləyanaşı, həm də tez-tez müşahidə edilən kəskin hava şəraitidir.Hazırda orada gözləyən böyük həcmdə konteyner mövcuddur ki, havaşəraiti imkan verdikcə yola salınması həyata keçirilir.

Bu məsələdə gələcəkdə küləkli vəziyyətdə işləyə bilən kran vəgəmilərin təminatı ilə problemin həllinə nail olmaq olar. Buproses, yeni terminallar və kranlar Bakı Limanında ikinci faza üzrənəzərə alınmışdır”.

Bakı Limanının ərazisində inşa edilən yeniİntermodal Yük Terminalının illik yük dövriyəsi 1 milyon tonolacaq. Bu terminal Orta Dəhlizə mütəmadi olaraq yük cəlbinə töhfəverəcək

X. Həsənlinin sözlərinə görə, bu il ərzində 600 blok qatarınOrta Dəhliz istiqamətində yola salınması nəzərdə tutulur ki, bu yükhəcminin Xəzər dənizindən daşınmasının təşkili əsasməsələlərdəndir. “Bu yük həcmini Xəzər dənizində Qazaxıstan vəAzərbaycan gəmiləri daşıyacaq. Bakı Limanı olaraq bizim 15 milyonton yükaşırma potensialımız var. Gələcək yük həcminin operativaşırılmasının təmini üçün biz terminallarımızı optimallaşdırmaqlayihəsini icra edirik. Yəni potensialından az istifadə olunanterminal və körpüləri daha çox yük gələn həcmlərin, məsələn,konteylərin aşırılması istiqamətində formalaşdırırıq. Bunun üçün dəağır yüklər terminalı qısa zamanda elə formalaşdırıldı ki, oradanhəm də konteynerləri aşırıla bilək”.

Departament rəhbəri hazırda Bakı Limanında əlavə konteynermeydançasının qurulduğunu və müvəqqəti bir kranın da Ağır yüklərterminalında tətbiq olunduğunu, eləcə də terminalın potensialınınartıdığını vurğulayıb: “Bu yenilik Bakı Limanına əlavə 35 min TEUekvivalentində konteynerin qəbulunu imkan yaradır. Hal-hazırdakonteyner yüklərinin artması bu planların doğru zamanlandığınıgöstərir.

Bundan əlavə, Çindən gələn yük həcmlərini nəzərə alaraq, BakıLimanında həm konteyner, həm də digər yüklərin emalı üzrə yeniİntermodal Yük Terminalının tikintisi həyata keçiriləcəkdir. Layihəçərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 5hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturununyaradılması və inkişafı nəzərdə tutulur. Bakı Limanının genişinfrastruktur imkanları, Qazaxıstan Dəmir Yollarının bütövlükdəOrta Dəhliz üzrə xidmətlərin göstərilməsindəki mühüm əhəmiyyəti,“Xi'an Free Trade Port” şirkətinin Çin-Avropa marşrutu üzrəkonteyner blok qatarlarının təşkili və göndərilməsindəki sürətinəzərə alınmaqla üç olkənin iştirakçıları arasında ötən ilinsonlarında saziş imzalanıb. Qeyd edək ki, bu saziş hər üç ölkə üçünböyük logistik əhəmiyyət daşıyır. Layihənin digər üstünlükləri isəÇin-Avropa marşrutu üzrə Orta Dəhlizlə göndərilən konteynerqatarlarının həcminin daimi artımı, boşaldılma vaxtınınazaldılması, daşımaların dəyərinin aşağı salınması, yenidən yükləməvaxtının minimumlaşdırılması və yük daşımalarının həcminin sabitartması olacaqdır”.

“Əlavə edək ki, Azərbaycan, Qazaxıstan və Çin tərəfinin ortaqiştirakı ilə həyata keçiriləcək yeni intermodal terminalın illikyük dövriyyəsinin 1 milyon ton olacağı gözlənilir.

Çinin Orta dəhlizdə infrastruktur payına sahib olması OrtaDəhliz üçün böyük əhəmiyyət kəsb edir və gələcəkdə Çin tərəfinin budəhliz üzrə maraqlarını sabit saxlamağa imkan yaradacaqdır. Yəni,başqa sözlə desək, gələcəkdə geosiyasi sabitlik yaransa belə,yüklərin sabit axınını Orta Dəhliz üzərindən göndərilməsi Çintərəfinin marağında olacaqdır”, - X. Həsənli vurğulayıb.

2024-cü ildə Çindən gələn yüklərin 55-60%-iAzərbaycanın idxal məhsulları olub

2024-cü ildə Çindən gələn yüklərin 55-60%-nin Azərbaycanın idxalməhsulları olduğunu qeyd edən departament rəhbəri, cari ildətranzit yüklərin payının artacağını bildirib: “2025-ci ildə tranzityüklərin sayı daha çox olacaq. Hesab edirəm ki, 600 blok qatarıniçərisində Azərbaycan idxalı payı 40% bəndinə qədər enəcək, toplamhəcmin 60%-dən çoxu tranzit yükün payına düşəcək”.

Bakı Limanının ikinci fazasının icrası ilə limanınillik yük aşırma gücü 25 milyon ton, o cümlədən 500 min TEUkonteyner olacaq

X. Həsənli Bakı Limanının ikinci fazası üzrə görülən işlərləbağlı da sualı cavablandırıb: “Bakı Limanı iki fazadan ibarətdir.İlk faza 15 milyon ton yük, o cümlədən 100 min TEU ekvivalentindəkonteynerdən ibarətdir, ikinci fazanın icrası ilə 25 milyon tonyük, o cümlədən 500 min TEU konteyneri aşırmaq mümkün olacaq.Hazırda ikinci faza üzrə texniki-iqtisadi əsaslandırma və MasterPlan hazırlanıb. Onun maliyyələşməsi ilə bağlı proseslər davamedir. Bununla yanaşı, yaxın gələcəkdə Xəzər dənizində gəmi sayınıda artırmağa ehtiyac yaranacaq. O cümlədən 5 il ərzində Xəzərdənizində daha böyük konteyner daşıyan gəmilərə də ehtiyac olacaq.Bu sahədə özəl sektorun iştirak payının artırılması və təşviqi üçündə qiymətləndirmələr aparmağa ehtiyac vardır”, - deyə BakıLimanının rəsmisi qeyd edib.

Dəhlizin rəqəmsallaşdırılmasına ehtiyacvar

Departament rəhbərinin sözlərinə görə, Orta Dəhlizdə yüklərinilkin olaraq avtomatlaşdırma tələblərindən izlənmə sistemininqurulmasına tələb var: “Lakin hazırda onlayn izləmə sistemi yoxdur.Mən hesab edirəm ki, hər bir sahənin – limanın, dəmir yolunun və s.dəhliz boyu bütün iştirakçıların və infrasturuktur sahiblərininəməliyyat sistemi var vəya olmalıdır və burada sistemlər bir-birinəinteqrasiya olunmalıdır. Sistemlərin inteqrasiyası ilə məlumatmübadiləsi və izlənmə mexanizmlərini həll etmçək mümkündür. Qeydedək ki, Avropada da təcrübə qeyd edilən formada həyata keçirilir.Dəhliz boyu bütün iştirakçıların sistemləri bir standarta cavabverməlidir və bu sistemlərin bir birinə inteqrasiyası texnolojiolaraq mümkün olmalıdır.

İnteqrasiya yük sahiblərinə dəqiq məlumatın verilməsinə xidmətedəcək və dəhliz boyunca effektivliyi artıracaq. Bu isə OrtaDəhlizin rəqabətə davamlılığına böyük ölçüdə müsbət təsiredəcək”.

“Ümumiyyətlə, strateji olaraq dəhlizin inkişafı üçün, növbəti 5ildə bütün dəhliz boyu infrasturuktur sahiblərində infrasturukturimkanları genişləndirilməlidir. Məsələn, limanlarda əlavə yükaşırmaqabiliyyəti üçün terminallar, dəmir yollarında vaqon sayı və digərinfrasturuktur imkanları genişlənməsi və dəniz sahəsində də yenidaha böyük yük götürmə qabiliyyətli gəmilərlə təminat, eyni zamandasuper infrasturukturun inkişafı ilə rəqəmsallaşdırma vəeffektivliyin artırılması işləri gələcəkdə duran əsas hədəflərdənolmalıdır. Bu prosesdə növbəti addımlarda biri də özəl sektoruniştirak imkanlarının qiymətləndirilməsi və təşviqi əsas prinsiplərsərasında olması işlərin daha sürətli və effektiv getməsinə şəraityarada bilər”, - deyə X. Həsənli qeyd edib.

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizə əlavəböyük həcmdə yükün cəlbinə kömək olacaq

Departament rəhbəri Zəngəzur dəhlizinin açılmasının mümkünperpektivləri ilə bağlı suala da aydınlıq gətirib. O söyləyib ki,Zəngəzur dəhlizinin açılması Çindən Avropaya daşınan yüklərin dahaböyük hissəsinin Orta Dəhlizə cəlbinə kömək edəcək ki, bu daAzərbaycandan keçən yük həcmlərinin artımasına səbəb olacaq.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması həm qlobal, həm dəregional logistika baxımından zamanı və xərci azaldır: “Zəngəzurdəhlizinin reallaşması Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq.Ən vacib məqamlardan biri isə Qara Dənizlə yanaşı, artıq Aralıqdənizinə də çıxış imkanı əldə ediləcək. Rəqabətlilik artacağı üçünqiymətlər də tənzimlənəcək, bu isə Azərbaycana cəlb edilən yükhəcminin artımına səbəb olacaq. Bu yüklərin cəlbindən bütün regionölkələri qazanacaq. Məsələn, Çindən-Avropa istiqamətinə 500 min TEUkonteyner göndərilərsə, bunun bir qismi Gürcüstan üzərindən, birqismi isə Zəngəzur dəhlizi vasitəsilə çatıdırlacaq ki, bu həmzaman, həm də məsrəflərin azalmasına səbəb olacaq”.

Türkiyə ilə Əfqanıstan da daxil olmaqla, Orta Asiya arasındaticarət dövriyyəsinin əsasən TIR-lar üzərindən olduğunu xatırladandepartament rəhbəri onların da sayının 120-130 min ədəd olduğunusöyləyib. O bildirib ki, bunun cəmi 25-30%-i Azərbaycan üzərindənkeçir: “Gələcəkdə gəmi sayı artırılarsa, bu faiz nisbəti artabilər. Amma gəmi sayı artırılsa belə, Türkiyədən çıxan yükGürcüstana və oradan da Azərbaycana daşındıqda sərhəddəgecikmələrlə üzləşilir. Çünki yük sayı çoxalır və bu da öznövbəsində gecikmələrə səbəb olur. Zəngəzur dəhlizi açıldıqda vəkoridor kimi formalaşdıqda Türkiyədən ixrac olunan yüklər çox rahatşəkildə Azərbaycan üzərindən Orta Asiyaya çatdırıla bilər”.

“Hazırda Çindən dəniz yolu ilə daşınan yüklər Süveyş kanalıbağlı olduğu üçün Afrikanın cənubundan İstanbula gəlir, oradan dahakiçik gəmilərlə Qara Dəniz limanlarına, o cümlədən Poti, Batumiyəgöndərilir. Daha sonra bu yüklər quru yolla həm Azərbaycana, həm dəbir sıra Orta Asiya dövlətlərinə yola salınır. Göründüyü kimi,trayektoriya geniş olduğundan yüklərin daşınmasında daha çox vaxtitirilir. Lakin Zəngəzur Dəhlizi açılsa, bu istiqamətdə zamana ənazı 2-3 həftə qənaət edilmiş olar, həmçinin xərclər də azalar”, -X. Həsənli qeyd edib.

Seçilən
19
1
az.trend.az

2Mənbələr