“Rus Evi”nin fəaliyyət göstərdiyi binanın girişində yerləşdirilmiş məlumat lövhəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə bağlı məsələyə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) baxılıb.
Bu barədə Bakı şəhərində yerləşən “Rus Evi”nin binasının üzərində adının birinci rus, sonra Azərbaycan dilində qeyd olunması (Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məlumat lövhəsi üzərində adlar birinci Azərbaycan, daha sonra rus dilində qeyd olunmalıdır – red.), eyni zamanda şriftlər arasında fərqlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq ADRA-dan məlumat verilib.
Bildirilib ki, göstərilən faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Dövlət Reklam Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.