AZ

"Yuventus" futbolçusunu icarəyə verib

"Yuventus"un 23 yaşlı yarımmüdafiəçisi Nikolo Faqioli karyerasını İtaliyanın başqa komandasında davam etdirəcək. Yarımmüdafiəçinin yeni iş yeri “Fiorentina” olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi cari mövsümün sonuna kimi Florensiya təmsilçisinə icarə əsasında keçib.

Cari mövsüm Nikolo 22 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

“Fiorentina” hazırda 39 xalla İtaliya çempionatının turnir cədvəlində altıncı yerdədir.

“Qoca sinyora” da öz növbəsində 40 xalla 5-ci yerdədir.

Seçilən
15
1
operativmm.az

2Mənbələr