AZ

Lütfi Zadəyə edilən istinad sayı Eynşteyndən daha çoxdur


Lütfi Zadənin elmi əsərlərinə indiyədək təxminən 300 minə yaxın istinad olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Google Scholar”a görə görkəmli Azərbaycan alimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin əsərlərinə 1986-cı ildən 2025-ci ilin bu gününə qədər 285 121 istinad olunub.

Maraq üçün qeyd edək ki, “Google Scholar”ın məlumatlarına görə, alman nəzəriyyəçisi və müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteynin əsərlərinə edilən istinadların sayı isə 205 030-dur. Bu o deməkdir ki, Lütfi Zadəyə edilən istinad sayı Albert Eynşteynə edilən istinadlardan 80 min daha çoxdur.  

Qeyd edək ki, bu məlumatlar "Google Scholar" əsasında hazırlanmışdır. Bu indeks Avropa və ABŞ-dəki ən böyük elmi jurnalların məlumatlarını ehtiva edir.


Seçilən
8
1
nuh.az

2Mənbələr