Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.
Gundem.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Rusiya regionunda seysmik hadisə çərşənbə axşamı, fevralın 4-də yerli vaxtla saat 06:06-da (Bakı vaxtı ilə saat 00:06-da) qeydə alınıb.
Yeraltı təkanların gücü 4,2 bal təşkil edib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib.
Bölgə üçün sunami təhlükəsi yoxdur.