Avstraliyanın Kvinslend ştatında okean çimərliyində üzən 17 yaşlı qız köpək balığının hücumuna məruz qalaraq ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Brisbanın şimalındakı Bribi adasındakı okean çimərliyində bir qız üzərkən köpək balığının hücumuna məruz qalıb.
Səlahiyyətlilər adanın cənub-şərqindəki Vurim çimərliyində üzən qızın bədəninin yuxarı nahiyəsindən xəsarət almasına səbəb olan hücum nəticəsində öldüyünü təsdiqləyib.
Səlahiyyətlilər təcili tibbi yardım qruplarının hücum xəbərlərini aldıqdan sonra bölgəyə getdiyini və Vurim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıblar.
Şahid Kristofer Potter yayımçıya bildirib ki, ərazidə çoxlu köpəkbalığı var, lakin hadisənin sahilə bu qədər yaxın olması şok edicidir.
Xəbərdə hücuma məruz qalan qızla bağlı başqa təfərrüatlar paylaşılmayıb.
Qeyd edək ki, bu Avstraliyanın Kvinslend əyalətində son 3 ayda 3-cü köpəkbalığı hücumudur.
Vurim çimərliyinin üzgüçülük, sörfinq və balıq ovu üçün məşhur ərazi olduğu deyilir.