AZ

“Yaxın Şərqdə tezliklə sular durulmayacaq, ancaq bu görüş…”- ŞƏRH

“Təəssüf ki, Yaxın Şərqdə yüz ildən artıqdır ki, davam edən savaşların, terrorun, qanlı çevriliş və üsyanların durmaq-dayanmaq perspektivi hələ ki, görünmür. Regionun ən kilid ölkəsi olan Suriyada Əsəd rejiminin devrilməsi bu istiqamətdə ümidləri artırsa da İranın PKK-YPG kimi terror təşkilatlarını dəstəkləmək, Suriyanı terrorizmə etmək niyyəti, İsrailin yeni xəritə çəkmək bəyanı Yaxın Şərqdə suların tezliklə durulmayacağını göstərir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə proseslərə müdaxilə edən aktyorların sayı artdıqca iş daha qarmaşıq hal alır:

“Hava, su, quru yollarının keçdiyi və kəsişdiyi bölgə olma səbəbindən, eyni zamanda zəngin neft və qaz potensialına sahib olma özəlliyi hər kəsin bu bölgəyə iştahını qabardır. İran uzun illərdir ki,Yaxın Şərqdə söz sahibi olmaq üçün dini faktordan siyasi niyyətlər üçün istifadə etməyə çalışır, yəni “şiə hilalı” qurmaq istəyir. Eyni zamanda, İsraildə İranın bu niyyətini özünə təhdid olaraq görür və beləcə bölgə həm region, həm də regiondan xaric ölkələrin qanlı rəqabət alanına çevrilir.

Bu gün İsrail baş naziri Netanyahunun Ağ Evdə Donald Trampla görüşü və razılaşmaları yaxın zamanda Yaxın Şərqdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə işıq tutacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr