1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tacikistanda doqquz məhbusdan ibarət qrup həbsxanadan qaçmağa cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Tacikistanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, insident Vəhdət şəhərində yerləşən islah koloniyasında baş verib. Məhbuslar əldəqayırma kəsici alətlərdən istifadə etməklə, islah müəssisəsinin mühafizəçilərinə hücum ediblər.
Hücum nəticəsində üç mühafizəçi ağır yaralanıb. Müəssisə rəhbərliyinin tələblərinə tabe olmayan dustaqlara qarşı odlu silah tətbiq etməyə məcbur qalınıb. Bu zaman üç cinayətkar zərərsizləşdirilib, qalanları saxlanılıb. Onların vəziyyəti normaldır.