AZ

Çin süni intellektdə ABŞ-ı üstələyir - DeepSeek Changes Game

Çin istehsalı olan süni intellekt DeepSeek ABŞ fond bazarını çökdürdü. Ən böyük itkilərə sərvəti 20% (20,1 milyard dollar) azalan Nvidia-nın baş direktoru Censen Huanq məruz qalıb.

Fins.az xəbər verir ki, hadisə o qədər rezonans doğurdu ki, hətta ABŞ-ın yeni prezidenti Donald Tramp belə reaksiya verməli oldu. Tramp deyib ki, bu, Amerika sənayelərinin rəqabətə diqqətini artırmaları üçün “oyanış zəngi” olmalıdır.

DeepSeek-R1-in uğuru qlobal bazarlarda, xüsusən də texnologiya sektorunda əhəmiyyətli dalğalanmalara səbəb oldu. Nvidia kimi süni intellekt və kompüter avadanlığı şirkətlərinin səhmləri kəskin şəkildə aşağı düşüb. Bu, DeepSeek-R1 kimi daha ucuz və daha səmərəli modellərin bazarda mövcud oyunçuların üstünlüyünü sarsıda biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır.

Seçilən
16
fins.az

1Mənbələr