AZ

AFFA rəsmisi "Yuventus"un oyununda

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 12-də Trabzonda yerləşən “Şenol Günəş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman.biz

Seçilən
10
5
idman.biz

6Mənbələr