AZ

Ermənistanın Aİ-yə üzvlük prosesi: Rusiya və İrəvanın mövqeləri – ÖZƏL

Ermənistan bütün imkanlardan maksimum istifadə etməyi hədəfləyir. 
Olaylar.az xəbər verir ki, bu fikri Ermənistan Xarici İşlər Nazirinin müavini Paruyr Ovannisyan "Armenpress"  agentliyinə müsahibəsində səsləndirib. O, Aİ və Aİİ arasında seçim etməyin zəruriliyi ilə bağlı suala cavab verib.

Rusiyalı rəsmilərin və erməni ekspertlərinin iki ittifaqın uyğun gəlməməsi ilə bağlı fikirlərini şərh edən Ovannisyan xatırladıb ki, Ermənistan 2017-ci ildə Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola-ola Avropa İttifaqı (Aİ) ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini (CEPA) imzalayıb. Onun sözlərinə görə, o zaman da bu, mümkünsüz görünürdü.

"Mən diplomatik təcrübəmdə dəfələrlə chr("39")mümkün deyilchr("39") ifadəsini eşitmişəm. İlk dəfə bu, 2017-ci ildə Ermənistanla Aİ arasında imzalanmış CEPA sənədi ilə bağlı idi. O vaxt belə görünürdü ki, Avrasiya İqtisadi İttifaqının üzvü olaraq Avropa İttifaqı ilə heç bir saziş bağlamaq mümkün deyil. Amma biz assosiasiya sazişinin daha yüngül bir versiyasını əldə etdik. Faktiki olaraq, azad ticarətə dair hissə çıxarıldı, lakin sahələr üzrə əməkdaşlığa dair fəsillərin 75%-i qüvvədə qaldı", - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökuməti Avropa İttifaqına qoşulma prosesinə başlamaq barədə qərar layihəsini təsdiqləyib. İndi bu məsələni parlament müzakirə edəcək. Baş nazir Nikol Paşinyan bildirib ki, bu qərar İrəvanın avtomatik olaraq Aİ-yə qoşulması demək deyil, çünki bu məsələnin həlli üçün referendum tələb olunur. Daha sonra keçirdiyi mətbuat konfransında Paşinyan qeyd edib ki, Ermənistan Aİİ-də özünü pis hiss etmir və İranla əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Bununla yanaşı, o vurğulayıb ki, "xalqımızın müəyyən və həssas bir hissəsinin ölkənin gələcəyi ilə bağlı seçim etmək arzusu var".

Ermənistan hökumətinin qərarına reaksiya verən Kremlin nümayəndələri isə bildiriblər ki, eyni anda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının üzvü olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə Rusiyanın bu qanun layihəsinin müzakirəsini İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi gördüyünü və Ermənistanın qərarını "Titanik"ə bilet almaqla müqayisə etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr