AZ

Qadın voleybolçular arasında ölkə çempionatında növbəti oyunlar keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IX turun oyunları keçiriləcək.

Bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.

UNEC - "Gəncə" matçı saat 15:00-da, “Azərreyl” - “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.

Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Seçilən
17
9
cbcsport.az

10Mənbələr