AZ

Lionel Messi indiyədək gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb

Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi indiyədək gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.

"Report" "Sport Bible" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Braziliya yığmasının sabiq üzvü Ronaldonu fərqləndirib.

O, keçmiş oyunçunun heyrətamiz olduğunu bildirib:

"Gördüyüm bütün futbolçular arasında o, mənim üçün ən yaxşı idi. Ronaldo fenomen idi".

Qeyd edək ki, Ronaldo 2011-ci ildə karyerasını başa vurub. İspaniyada "Real", "Barselona", İtaliyada "Milan" və "İnter" kimi klubların formasını geyinmiş sabiq hücumçu 1997 və 2002-ci illərdə "Qızıl top" mükafatını qazanıb.

"Cebheinfo.az" 

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr