AZ

Çin iki ABŞ şirkətinə məhdudiyyətlər qoyub

Çində etibarsız təşkilatlar siyahısına Amerikanın PVH və Illumina şirkətlərini də əlavə edib.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb. Mətbuat xidmətinin verdiyi açıqlamada şirkətlərə qarşı sanksiyaların “milli suverenliyi, təhlükəsizlik və inkişaf maraqlarını qorumaq” məqsədilə tətbiq edildiyi bildirilib.

Nəşr qeyd edib ki, PVH və Illumina bazar razılaşmalarını pozub, Çin tərəfi ilə müqavilələrə xitam verib və ölkə şirkətlərinə qarşı ayrı-seçkilik tədbirləri tətbiq edib. Bundan başqa, şirkətlər Çin tərəfinin hüquq və mənafelərinə ciddi ziyan vurub. PVH şirkəti Tommy Hilfiger və Calvin Klein geyim brendlərinin sahibidir. Şirkət nümayəndələri Sincan-Uyğur Muxtar Bölgəsindən gələn məhsulların boykot edilməsində iştirak ediblər. Illumina Amerika biotexnologiya şirkətidir. Bundan əvvəl Çinin Tayvana silah satan dörd Amerika şirkətini etibarsız qurumlar siyahısına saldığı bildirilmişdi. Siyahıya AEVEX Aerospace, Summit Technologies Inc, Pacific Rim Defence və LKD Aerospace daxildir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
5
1
editor.az

2Mənbələr