AZ

Hesablama Palatası satınalma xərclərini 5 % azaldıb

2024-cü ildə Hesablama Palatası “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq ümumi məbləği 399,2 min manat olan 24 müqavilə bağlayıb.

AzNews.az Palataya istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 5 % az və 84,6 % çoxdur.

Məlumata görə, ötən il bağlanılmış müqavilələrin 379,5 min manat məbləğində 23-ü açıq tender, 19,7 min manat məbləğində 1-i isə kotirovka sorğusu tətbiq edilməklə çərçivə sazişi formasında bağlanılıb.

Hesabat dövründə 260,7 min manat məbləğində 16 müqavilədə rəqabətli satınalma metodları tətbiq edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,1 % az və 2 dəfə çoxdur.

2024-cü ildə satınalmaların 83,3 %-i ilin I yarısında, 16,7 %-i ilin II yarısında həyata keçirilib. Bu nisbətlər 2023-cü ildə müvafiq olaraq 75 % və 25 % təşkil edib.

Məbləğ olaraq isə satınalmalarda I yarımilin payı 58 %-dən 82,4 %-ə çatıb, II yarımilin payı isə 42 %-dən 17,6 %-ə düşüb.

Bu hesabat ilində də rəqabətli metodlar tətbiq olunmaqla keçirilmiş bütün satınalmalar elektron formada olub ki, bunu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) yaxşı göstərici hesab edir.

Seçilən
20
4
aznews.az

5Mənbələr