AZ

Avropa Şurası ABŞ-la dialoq şərtini açıqladı: güzəştə getməyəcək

Trampın Aİ-yə əlavə gömrük rüsumları tətbiq etmə qərarının müzakirə edildiyi “Transatlantik əlaqələr” adlı sammitin ardından Avropa İttifaqı Şurasının sədri Antonio Kosta bir sıra bəyanatlar səsləndirib. O, Aİ-nin dialoqa açıq olduğunu, lakin bu prosesdə öz prinsiplərindən güzəştə getməyəcəyini bildirib.

Publika.az xəbər verir ki, Antonio Kosta qeyd edib ki, Donald Trampın Aİ-yə tətbiq etmək istədiyi əlavə gömrük rüsumları ilə bağlı ABŞ-la dialoqa açıqdır.

“ABŞ bizim dostumuz, müttəfiqimiz və tərəfdaşımızdır. Amma dostlar arasında problemlər və fikir ayrılıqları ola bilər. Biz bu vəziyyətləri müzakirə etməli və həll yolları tapmalıyıq”, - o vurğulayıb.

Həmçinin Kosta Avropa İttifaqının öz maraqlarını qorumaq üçün dəyər və prinsiplərini müdafiə etməyə davam edəcəyini də qeyd edib. O, bu prinsiplər arasında milli suverenliyə, ərazi bütövlüyünə və sərhədlərə hörmət edilməli olduğunu deyib.

Seçilən
13
1
publika.az

2Mənbələr