Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb. Manset.az Report.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Qulamova Şəhla Rəfail qızı idarə etdiyi özünə məxsus "BAİC" markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Kərimov Nadir İmaməli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.