AZ

“Boston Consulting Group” şirkətinin nümayəndə heyəti BANM-də karyera imkanlarını müzakirə edib

“Boston Consulting Group” (BCG) şirkətinin işə qəbul üzrə baş meneceri Nilay Canbazoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, BCG nümayəndələri rektor Elmar Qasımov ilə görüşərək karyera imkanları, təcrübə proqramları, konsultasiya xidmətləri və praktiki biliklər haqqında məlumat veriblər.

Sonda tələbələr üçün xüsusi infosessiya təşkil edilib. BCG-nin təcrübəli işəgötürənləri və rəhbərliyi tələbələrə şirkət haqqında, işə qəbul prosesləri və iş mühiti haqqında ətraflı məlumat veriblər.

 

Seçilən
17
1
tehsil.biz

2Mənbələr