Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin fevral ayının 1-nə 10 milyard 988.5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə AMB məlumat yayıb.
Son bir ildə Mərkəzi Bankın ehtiyatları 5.6% və 648.5 milyon dollar azalıb.
Qeyd edək ki, 2024-cü ilin sonuna AMB valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib.