AZ

Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat yaxın günlərdə dərc olunacaq

Qazaxıstanın Aktau şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.Oxuməni.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə respublikanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransı zamanı bildirib.

O, istintaqın son mərhələdə olduğunu bildirib. Müvafiq idarə rəisinin sözlərinə görə, işdə dörd ölkədən - Rusiya Federasiyası, Qazaxıstan, Azərbaycan və Braziliyadan mütəxəssislər iştirak edir.

“Biz gözləyirik ki, ilkin hesabat yaxın günlərdə rəsmi olaraq saytımızda dərc olunacaq. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır,”- Karabayev bildirib.

2024-cü il dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları”na (Azerbaijan Airlines) məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Layner Bakıdan Qroznıya gedərkən göyərtəsində 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Təbii fəlakət nəticəsində 38 sərnişin həlak olub, 29 nəfər sağ qalıb.

Almaz Həsənli

Seçilən
7
oxumeni.az

1Mənbələr