Dövlət Gömrük Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilmısinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.
“Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir” - deyə tələbələr bildirib.