AZ

Keçən il Türkiyənin Ambarlı limanı 19 milyon tona yaxın yük qəbul edib

Bakı. Trend:

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin Ambarlı limanı 18milyon 918 min 968 ton yük qəbul edib.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyəbayrağı altında üzən 3 milyon 246 min 347 ton yük, digər ölkələrinbayraqları altında üzən gəmilərlə isə 15 milyon 672 min 621 ton yükdaşınıb.
Keçən ilin yanvar-dekabr aylarında Ambarlı limanından 9 milyon 17min 668 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, bu dövr ərzində də Türkiyə bayrağı altındagəmilərlə daxili limanlara yük qəbulu 30 milyon 59 min 943 tontəşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 369 milyon 354 min 614 ton olub”, – deyənazirlikdən bildirilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayındaTürkiyə limanları 35 milyon 543 min 549 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 585 min922 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 32 milyon 957 min 627 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarındaTürkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yükdaşınıb.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından5 milyon 539 min 643 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəlimanları 60 min 594 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 39 min 600, Türkiyəbayrağı altında olan gəmilər isə 20 min 994 olub”, – deyənazirlikdən bildirilib.

2024-cü ilin dekabr ayında Türkiyə limanları 4 min 505 gəmiqəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin 3 min 42, Türkiyə bayrağıaltında qəbul edilən gəmilərin sayı isə min 463 olub.

Seçilən
15
32
az.trend.az

10Mənbələr