AZ

Keçən il Almaniyadan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

Keçən ilin yanvar-dekabr aylarında Almaniyadan Türk limanlarına1 milyon 558 min 898 ton yük daşınıb.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyəbayrağı altında üzən gəmilər Almaniyadan Türkiyə limanlarına 45 min761 ton yük daşıyıb.

“Keçən ilin yanvar-dekabr aylarında Almaniyadan Türkiyəyə digərdövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 509 min 327 tonyük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzindəAlmaniyadan Türkiyəyə Almaniya bayrağı ilə üzən gəmilərlə yükçatdırılmayıb.

Keçən ilin yanvar-dekabr aylarında Yunanistandan Türkiyəlimanlarına 1 milyon 362 min 103 ton tranzit yük daşınıb.

Qeyd edək ki, nazirlikdən verilən məlumata görə, 2024-cü ilindekabr ayında Türkiyə limanları 35 milyon 543 min 549 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 585 min922 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 32 milyon 957 min 627 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarındaTürkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yükdaşınıb.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından5 milyon 539 min 643 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəlimanları 60 min 594 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 39 min 600, Türkiyəbayrağı altında olan gəmilər isə 20 min 994 olub”, – deyənazirlikdən bildirilib.

2024-cü ilin dekabr ayında Türkiyə limanları 4 min 505 gəmiqəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin 3 min 42, Türkiyə bayrağıaltında qəbul edilən gəmilərin sayı isə min 463 olub.

Məqalədə:
Seçilən
2
32
az.trend.az

10Mənbələr