Çində fişəng partlatdıqdan sonra güclü partlayış baş verib. Kanalizasiyada yığılan metan qazının alışması nəticəsində baş verən partlayış ətrafdakı avtomobilləri havaya uçurub.
Publika.az xəbər verir ki, təhlükəsizlik kameralarının görüntülərində partlayışın gücündən lyuk qapaqlarının uçduğu və park edilmiş avtomobillərin bir neçə metr havaya qalxdığı görülür.
Xoşbəxtlikdən hadisə zamanı insan itkisi olmasa da, ərazidəki bir çox müəssisə və avtomobillərə böyük maddi ziyan dəyib.
Səlahiyyətlilər partlayışın ümumilikdə 1 milyon 230 min manat (28 milyon lirə) ziyana səbəb olduğunu açıqlayıb. Hadisə ilə bağlı araşdırma başlansa da, səlahiyyətlilər əhalini ehtiyatlı olmağa çağırıb.