ABŞ-nin “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdiyini açıqlayıb.
Viral.az “Sport Bible” saytına istinadla xəbər verir ki, Messi braziliyalı Ronaldonu tarixdə ən yaxşı futbolçu sayır.
“Ronaldo fenomen idi. O, mənim üçün gördüyüm bütün oyunçulardan ən yaxşısı idi. Ona hansı tərəfdən baxsan, heyrətamiz futbolçudur”, – deyə argentinalı bildirib.
Son Yazılar:
- Ronaldo gördüyüm bütün oyunçulardan ən yaxşısı idi
- Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış oldu
- “Rus Evi”nin adı ilə bağlı tədbir görüləcək
Qeyd edək ki, karyerasını 2011-ci ildə tamamlayan Ronaldo ikiqat dünya çempionudur.