Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.
”Bakuinfo” xəbər verir ki, bu vəzifə Rufik İsmayılova həvalə edilib.
Xatırladaq ki, Rufik İsmayılov 2003-cü ildən jurnalistika fəaliyyəti ilə məşğuldur. O, “Azad Azərbaycan”, “525-ci qəzet”, “Şərq qapısı”, “Kaspi” qəzetlərində müxbir, məsul katib, prezident və parlament müxbiri işləyib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Yenisabah.az, Oxu.az saytlarında redaktor, Medianews.az-da baş redaktor, AZƏRTAC-da redaksiya müdiri vəzifələrində çalışıb. Paralel olaraq Baku TV-nin Qərbi Azərbaycan Departamentinin aparıcısıdır.