AZ

İzyuma hücum: 4 nəfər həlak olub,17 nəfər yaralanıb

Fevralın 4-də gündüz həyəcan siqnalı zamanı ruslar ilk olaraq ballistik raketlə İzyum şəhərinə hücum ediblər. Nəticədə 4 nəfər ölüb.

XəzərNews.az xəbər verir ki, bu barədəXarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib.

"Düşmən İzyuma zərbə endirib. İlkin məlumatlara görə, işğalçılar ballistik raketdən istifadə ediblər, 4 nəfər həlak olub,17 nəfər yaralanıb, onlardan 5-i tibb müəssisəsinə yerləşdirilib", - deyə o, yazıb.

Xəbər 5 dəfə oxunub.
Seçilən
3
xezernews.az

1Mənbələr