Ajans.az xəbər verir ki, Braziliyada havanın yüksək rütubət və temperaturu nəticəsində səma yüzlərlə hörümçəyin "işğalına" məruz qalıb.
Bu fenomen, hörümçəklərin cütləşmə mövsümü zamanı baş verib.
Mütəxəssislərin sözlərinə görə, bu hadisə nadir olsa da, bəzi tropik bölgələrdə vaxtaşırı müşahidə olunur. Hörümçəklər havada incə torlar yaradaraq uçur və belə görünür ki, sanki göydən yağır.