AZ

"Grammy" 2025 - Kimlər "ən yaxşı" oldu?

Fevralın 3-də ABŞ-ın Los-Anceles şəhərində keçirilən "Grammy" 2025 mükafatlandırma mərasimində qaliblər açıqlanıb.

Gundem.az xarici mediaya istinadla xəbər verir ki, ilin rekordu və ilin mahnısı nominasiyalarında qalib Kendrick Lamar "Not Like Us" mahnısı ilə olub.

Ən yaxşı yeni sənətçi mükafatı isə Chappel Roana verilib.

Tədbirdə ən çox gözlənilən nominasiyalardan biri - ilin albomu isə Beyoncénin Cowboy Carter albomuna layiq görülüb.

Bundan əlavə, Beyoncé eyni albomla "Country Rock" janrında da ən yaxşı albom mükafatını qazanaraq, gecənin ən çox danışılan simalarından birinə çevrilib.

Digər qaliblər:

Pop və RB:

Ən yaxşı pop vokal albomu - Sabrina Carpenter - Short n' Sweet

Ən yaxşı solo pop ifası - Sabrina Carpenter - Espresso

Ən yaxşı RB mahnısı - SZA - Saturn

Ən yaxşı RB albomu - Chris Brown - 11:11 (Deluxe)

Rock və Metal:

Ən yaxşı rock performansı - The Beatles - Now And Then

Ən yaxşı rock albomu - The Rolling Stones - Hackney Diamonds

Ən yaxşı metal performansı - Gojira, Marina Viotti Victor Le Masne - Mea Culpa (Ah! Ça ira!)

Rap :

Ən yaxşı rap performansı - Kendrick Lamar - Not Like Us

Ən yaxşı country albomu - Beyoncé - Cowboy Carter

Ən yaxşı country solo performansı - Chris Stapleton - It Takes A Woman

Film və TV üçün musiqi:

Ən yaxşı film musiqisi - Hans Zimmer - Dune: Part Two

Ən yaxşı musiqi klipi - Kendrick Lamar - Not Like Us

Ən yaxşı musiqi filmi - American Symphony

Caz və Klasik:

Ən yaxşı caz vokal albomu - Samara Joy - A Joyful Holiday

Ən yaxşı opera performansı - Ortiz: Revolución Diamantina - Gustavo Dudamel, Los Angeles Philharmonic

Gecənin digər diqqətçəkən anlarından biri də The Beatles qrupunun "Now and Then" mahnısı ilə "Ən Yaxşı Rock Performansı" nominasiyasında qalib olması idi.

 

Seçilən
53
10
gundem.az

10Mənbələr