AZ

Məşhur aktyor həyat yoldaşına xəyanət edib?

Məşhur aktyor həyat yoldaşına xəyanət edib?Məşhur aktrisa Melis İşiten YouTube proqramında keçmişdə xəyanətə məruz qaldığını etiraf edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Meliş İşiten 2014-cü ildə həmkarı Uraz Kaygılaroğlu ilə ailə həyatı qurub və bu evlilikdən Ada adlı bir qızı dünyaya gəlib. 2019-cu ildə boşanan cütlük dost qalmağı bacarıb.

Oya Çınarın YouTube proqramında iştirak edən İşiten boşanma prosesi ilə bağlı danışıb: "Urazla boşandığımız müddətdə məndən çox böyük məşhurlardan köməyə ehtiyacım varmı? kimi mesajlar alırdım" , - deyə bildirib.

İşiten daha əvvəl xəyanətə uğradığını da söyləyib: "Çox qəribə və gülməli aldadılma hekayələrim var. Bu münasibətdə necə qaldığımı anlaya bilmirəm"

Bu sözlər sosial mediada müzakirələrə səbəb olub. İşitənə xəyanət edən şəxsin Uraz Kaygılaroğlu olub-olmadığı maraq doğurub.

Seçilən
22
1
sonxeber.az

2Mənbələr