Türkiyənin "Beşiktaş" klubu futbolçusu Moatasem Əl-Musratini icarəyə verib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi liviyalı yarımmüdafiəçini "Monako"ya göndərib. 28 yaşlı orta xətt oyunçusu mövsümün ikinci yarısını Fransa klubunun heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Əl Musratini ötən ilin fevral ayında "Braqa"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "qara qartallar"In heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol vurub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta