AZ

NATO-nun keçmiş baş naziri Yens Stoltenberq Norveçin yeni hökumətində hansı vəzifəni tutdu?

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub. NRK xəbər verir ki, onun adı Norveçin baş naziri Jonas Qahr Støre tərəfindən açıqlanan yeni kabinetdə yer alıb.

Stoltenberq Xəzinədarlığa rəhbərlik təklifini qəbul etdiyini təsdiqləyib.

Norveçdə hökumət dəyişikliyi yanvarın sonunda Mərkəz Partiyasının İşçi Partiyası ilə fikir ayrılıqlarına görə koalisiyadan çıxdığını elan etdikdən sonra başlayıb. Mərkəz Partiyasına rəhbərlik edən Trygve Vedumun yerini Yens Stoltenberq tutacaq. Norveç hökuməti indi 25 ildən sonra ilk dəfə olaraq yalnız İşçi Partiyasından olan nazirlərdən ibarət olacaq.

20 nazirdən 8-i fikir ayrılığına görə parlamenti tərk edib. Stoltenberqdən başqa, hökumətdə aşağıdakılar vəzifə tutublar: Nils Christen Sandtreen (Kənd Təsərrüfatı və Qida Naziri), Kjersti Stenseng (Yerli İdarəetmə və Müasirləşdirmə Naziri), Lene Vaqslid (Uşaq və Ailə İşləri Naziri), Tore Ø Sandvik (Müdafiə Naziri), Sigrun Aasland (Elm və Ali Təhsil Naziri), Åsmund Aukrust (Beynəlxalq İnkişaf Naziri) və Astri Aas-Hensen (Ədliyyə və Fövqəladə Hallar Naziri). Onların hamısı Fəhlə Partiyasının nümayəndələridir.

Qeyd edək ki, Stoltenberq ikinci dəfə maliyyə naziri olur. O, ilk dəfə bu vəzifəyə 1996-cı ildə, Tobjer Yaqland Norveçin baş naziri olanda başlayıb. 2024-cü ilin oktyabrında 10 il çalışdığı NATO-nun baş katibi postunu tərk edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr