AZ

David Alaba yenidən zədələnib

"Real Madrid"in avstriyalı müdafiəçi David Alabana yenidən zədələnib.

İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid"in avstriyalı müdafiəçisi David Alaba bud əzələsindən zədə alıb.

"Operativ Media" xəbər verir ki, onun təxminən bir aya yaxın yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

O, 2023-cü ilin dekabrında dizindən zədə aldıqdan sonra keçən ay meydana qayıdıb.

Seçilən
2
operativmedia.az

1Mənbələr