AZ

Ermənistan MN cəzaların sərtləşdirilməsini tələb edir

Ermənistan Müdafiə Nazirliyi təlim-məşq toplanışlarında iştirakdan yayınmaya görə sanksiyaların sərtləşdirilməsini və səfərbərlik prosesində hərbi polisin rolunun aydınlaşdırılmasını təklif edir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, qanunvericilik təlim-məşq toplanışından yayınmanın müxtəlif formalarını dəqiq müəyyən etmir, bunun nəticəsində vətəndaşların bu prosesdən yayınması hallarını tam qiymətləndirmək mümkün deyil.

Müdafiə Nazirliyi hesab edir ki, “yayınmaya görə cəzalar kifayət qədər yumşaqdır və bu, cəzadan yayınmağa imkan verir”. Səfərbərlik prosesinə cəlb olunması ilə bağlı hərbi polisin mövcud səlahiyyətləri dəqiqləşdirilməlidir.

Bu dəyişikliklərin qəbulu qanunvericilik tənzimlənməsini sərtləşdirməyə, məsuliyyət səviyyəsini yüksəltməyə və səfərbərlik prosesinin tam həyata keçirilməsini təmin etməyə imkan verəcək.

Yenilik cərimə və qısamüddətli həbsdən (2 ay) uzunmüddətli həbsə (2 ilədək) qədər müxtəlif təsir növlərini nəzərdə tutur. Əgər yayınma sənəd saxtakarlığı ilə bağlıdırsa, həbs müddəti 2,5 ilə çata bilər. Eyni zamanda, təlimə çağırışın təşkilinə nəzarət prosesində hərbi polisin əhəmiyyətinin artırılması təklif olunur.


Telegram kanalımız
Seçilən
34
1
yenisabah.az

4Mənbələr