Alvaro Moratanı “Qalatasaray”a icarəyə verən “Milan” ispaniyalı hücumçunun yerinə yeni oyunçu alıb.
İtaliya nəhəngini daha bir futbolçu da tərk edib.
“Milan”ın heyətinə yeni forvard cəlb edəcəyi gözlənilirdi. Klubun mətbuat xidmətinin məlumatına görə “Feyenoord”dan Santyaqo Ximenes transfer edilib. 23 yaşlı mərkəz hücumçusu ilə müddəti 2029-cu ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanıb. “Milan” meksikalı futbolçuya görə bonuslar da daxil olmaqla 35 milyon avrodan çox pul ödəyəcək. Yeni klubu ilə 4,5 illik müqavilə imzalayan Santyaqo “Feyenoord”da 2022-ci ildən çıxış edirdi. Meksika yığmasının hücumçusu cari mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə verib.
Morata kimi Davide Kalabriya da “Milan”ı tərk edib. O, karyerasını İtaliyanın digər klubunda davam etdirəcək. “Bolonya” müdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb və Davideni daimi əsasda sıralarında saxlamaq imkanı olmayacaq. “Milan”ın yetirməsi olan futbolçu komandanın yeni baş məşqçisi Serjio Konseysao ilə ciddi mübahisə etdiyi üçün icarəyə verilib. Qeyd edək ki, Kalabriya “Milan”ən əsas komandasında 2014-cü ildən çıxış edirdi.
Maraq qeyd edək ki, rəhbərlik Morata, Kalabriya və Fikayo Tomori ilə bu qış vidalaşmağı lazım bilib.
“La Gazzetta dello Sport”un yazdığına görə, klubun sahibinin məsləhətçisi Zlatan İbrahimoviç şənbə günü onlara təklif olunan transfer variantlarını qəbul etməyi xahiş edib. Alvaro ilə Davide onun xahişini qəbul edib, lakin Fikayo “Tottenhem”ə yollanmaq istəmədiyini bir daha klub rəsmisinə bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta