"Real"ın futbolçusu David Alaba yenidən sıradan çıxıb.
QOl.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avstriyalı müdafiəçinin bud əzələsində zədə aşkarlanıb.
32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, D.Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən uzun müddət meydana çıxa bilməyib. Alaba ötən ay yenidən meydana qayıtmışdı.