AZ

Okafor "Milan"ı başqa bir İtaliya klubuna dəyişdi

"Milan"ın yarımmüdafiəçisi Noa Okafor klubunu dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı cinah oyunçusu karyerasını İtaliyanın digər komandası "Napoli"də davam etdirəcək. Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İsveçrəli oyunçu cari mövsümün sonuna kimi Antonio Kontenin komandasında çıxış edəcək.

Hücummeyilli yarımmüdafiəçi cari oyun kampaniyasında 17 oyun keçirib. Okafor bir qol və iki məhsuldar ötürmə edib. İtaliya çempionatında 23 turdan sonra turnir cədvəlinə "Napoli" başçılıq edir. Kontenin komandası 54 xal toplayıb.

Seçilən
8
90deqiqe.az

1Mənbələr