Məhkəmə Ekspertizası Mərkəzinin tenderi ləğv olunub
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi kriminalistik tədqiqat proqramının satınalınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Mərkəzi proqram üçün 34 618 AZN xərcləməyi nəzərdə tutmuşdu