Harvard Kennedi Məktəbinin Beynəlxalq Əlaqələr üzrə Belfer Mərkəzinin direktoru, politoloq Qrem Allison bildirib ki, ABŞ prezidenti Donald Tramp yaxın 6 ay ərzində Ukraynadakı münaqişəni həll edəcək.
Qaziler.az xəbər verir ki, onun sözlərini “Der Spiegel” nəşri sitat gətirib.
Ekspert hesab edir ki, Tramp ÇXR-in dəstəyi ilə atəşkəsə nail olacaq, çünki o, artıq sədr Si Cinpinə hörmət etdiyini nümayiş etdirib və bu məsələdə onun köməyinə ümid edir. Onun sözlərinə görə, Trampla Si və Çin prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışıqları “pazzılın şəkil halına gəlməsi”nə kömək edir.
“Müharibə döyüş meydanında atəşkəs və bəlkə də formal atəşkəs şəklində başa çata bilər. ABŞ və Çin münaqişə tərəflərinə “bəsdir” deyəcək. Döyüşlər, ehtimal ki, bəzi kiçik dəyişikliklərlə təxminən hazırkı cəbhə xətti boyunca başa çatacaq. Bu həll üzərində birgə işləməklə tərəflər ümid edə bilərlər ki, bu, sadəcə olaraq qısamüddətli tədbir olmayacaq”, - Ellison bildirib.
Professor onu da qeyd edib ki, Volodimir Zelenskinin başqa seçimi olmadığı üçün sövdələşməyə getməli olacaq. Tramp artıq Ukrayna prezidenti Zelenskiyə münaqişənin dərhal bitməsini istədiyini açıq şəkildə bildirib.
QAZİLER.AZ