Meksika prezidenti Klaudiya Şeynbaumla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, telefon danışığından sonra Şeynbaum cari məsələlərlə bağlı açıqlama verib.
O, ABŞ-Meksika sərhədində 10 min Milli Qvardiya əsgərinin yerləşdiriləcəyini və bunun müqabilində ABŞ-ın müasir silahların Meksikaya qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alacağını bildirib.
Eyni zamanda, Tramp sosial media hesabından verdiyi açıqlamada Meksikaya fevralın 1-dən tətbiq edilən gömrük rüsumunu dayandırdığını qeyd edib:
"Şeynbaumla çox mehriban danışıq keçirdim. O, Meksika və ABŞ-ı ayıran sərhədə dərhal 10 min əsgər göndərməyə razılaşdı. Biz həmçinin danışıqlar aparacağımız bir aylıq müddət üçün gömrük rüsumlarını dərhal dayandırmağa razılaşdıq”.