Paralimpiya çempionumuz İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
İdmançımız mundotaekwondo.com saytı tərəfindən keçirilən sosial media sorğusuna əsasən səs çoxluğu ilə qalib olub.
Qeyd edək ki, 2011-ci ildə təsis edilən bu sayt taekvondo idman növünü əhatə edən xəbərlər, məqalələr və təhlili yazılar təqdim edir.
"Cebheinfo.az"