Bakı. Trend:
Kosmik texnologiyalar sahəsində yeniliklər hər gün, hər saatinkişaf edir. Yeni texnologiyalar həm elmi tədqiqatların dahadərindən öyrənilməsinə, həm də kommersiya məqsədli layihələrininkişafına təkan verir. Xüsusilə kosmosda fəaliyyət göstərəncihazların miniatürləşdirilməsi, yəni kiçikölçülü, yüngül, lakinyüksək funksionallığa malik cihazların hazırlanması bu sahədə yeniinqilabi dövr açır.
Bu barədə Trend-ə Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Azərbaycan kosmik tədqiqatlar sahəsində öz mövqeyini getdikcəgücləndirir. Son illərdə milli peyk proqramlarının həyatakeçirilməsi, innovasiya müsabiqələrinin təşkili və Elm,Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) təhsilinin inkişafıistiqamətində atılan mühüm addımlar gənc nəslin bu sahəyə marağınıartırır və ölkədə texnoloji inkişafı sürətləndirir.
Məktəblərin müasir texnoloji avadanlıqlarla təmin edilməsi vəmüəllimlərin peşəkar inkişafı istiqamətində atılan addımlar daşagirdlərin gələcək uğurlarında mühüm rol oynayır. Xüsusilə kosmikyeniliklərlə bağlı seminarlar, təlim proqramları və layihələrvasitəsilə şagirdlər kiçik yaşlarından müasir texnologiyaların necəişlədiyini öyrənir və bu sahədə öz gələcək karyeralarını qurmağatəşviq olunurlar.
Qeyd edək ki, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİKAkademiyanın bu sahədə göstərdiyi təşəbbüslərin roluəvəzolunmazdır.
Bu təşəbbüslər gəncləri yalnız nəzəri biliklərləməhdudlaşdırmır, həm də real qlobal problemlərin həll yollarınıtapmağa istiqamətləndirir. Məktəblilər arasında keçiriləninnovasiya müsabiqələri, elmi konfranslar və texnologiya sərgilərigənclərin öz ideyalarını təqdim etməsi və beynəlxalq səviyyədətanınması üçün əlverişli platforma yaradır. Bu tədbirlərdəşagirdlər öz layihələrini inkişaf etdirərək mühəndislik,proqramlaşdırma və tədqiqat sahələrində təcrübə qazanırlar.
2025-ci ildə bu təşəbbüslərin zirvə nöqtələrindən biri olaraq“SpaceX” daşıyıcı raketi vasitəsilə“PocketQube” piko-peykinin kosmik orbitəburaxılması planlaşdırılır. Bu layihə KOSMİK Akademiyanıntəşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya KosmikAgentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi iləkeçirilən “Azərbaycan Milli Peyk İnnovasiyaMüsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləriarasında baş tutacaq.
“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitəburaxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platformasıvasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçəminipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və“QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiyayalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıyaaid olduğu ideyasının bir növ simvoludur.
Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olanbu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbonkompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm dəistilik idarəetməsini təmin edir.
“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsiləkiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihəniniqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare”proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışızamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eynianda orbitə çıxarılır.
Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması“PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasınıtəmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurlahəyata keçirilməsinə imkan yaradacaq.
Bu təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalq kosmiktexnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyaların təhsiləmühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığının artırılmasıistiqamətində atılan addımların rolunu bir daha vurğulayır.
Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarından yerli vəbeynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktiki tətbiqlərvasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiq etməyətəşviq edir.