AZ

Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib 

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib .

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, ölkəmizdə boks yarışlarının keçirilməsi ənənəyə çevrilib və il ərzində bir sıra beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.

Hüseynov vurğulayıb ki, yarışda 319 iştirakçıdan 39-nun qız boksçu olması sevindiricidir.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Mikayıl Novruzov yarışın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.

Seçilən
0
3
operativmedia.az

6Mənbələr