AZ

Tramp və Putin niyə hələ də görüşməyib?

O, "Parlamentskoy qazeta"yamüsahibəsində deyib ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə güc dili ilə danışmağın məsləhətli olmadığını anlayır.Ağ Ev rəhbəri bütün mühüm məsələlərin qısa zamanda həll edilməsinin də mümkün olmayacağını görür.

Siyasətçi Trampın Rusiya lideri Vladimir Putinlə hələ də birbaşa əlaqə saxlamamasının səbəbini bu iki amil ilə əlaqələndirib.

NYT:“Tramp-Putin gündəliyində Ukrayna yeganə məsələ olmayacaq”
“Təzyiq tətbiq etmək və nəyisə güc ilə həll etmək mümkün olan yerdə Tramp çox cəld hərəkət edir. Məsələn, Panama, Qrenlandiya ilə bağlı yaranmış vəziyyətə baxın. Hətta Çin üçün tarifləri çox tez tətbiq etdi. O, heç nəyi tez həll edə bilməyəcəyini başa düşən yerdə isə gərgin işlər başlayır və Tramp sadəcə fasilə götürür”, - Cabarov qeyd edib.

Parlamentari xatırladıb ki, Moskva Trampın münasibətlərin qurulması ilə bağlı mövqeyinə hörmətlə yanaşdığını bəyan edib. Çünki o, heç nəyi məhv etmək istəmir. Onun sözlərinə görə, ABŞ prezidenti yaxşı dərk edir ki, Rusiya Vaşinqtonun güc dili ilə danışa biləcəyi düşmən ölkələrdən sayılmır.

Fevralın 3-də Tramp ABŞ-nin Rusiya və Ukrayna ilə təmaslar planlaşdırdığınıaçıqlamışdı.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin ABŞ-li həmkarı ilə görüşməyə, hər iki ölkəni maraqlandıran bütün məsələlər ətrafında müzakirə aparmağa hazır olduğunu söyləyib.



Tural Tağıyev
AzVision.az

Seçilən
17
azvision.az

1Mənbələr