AZ

İt boğuşdurana 475 il HƏBS

2022-ci ilin noyabrında ABŞ-nin Corciya ştatında mülkündən müsadirə edilən 107 it də daxil olmaqla, çoxsaylı heyvanlarla pis rəftar etdiyi və it döyüşlərində iştirak etdiyi üçün mühakimə olunan 57 yaşlı Vincent Lemark Burrell haqqında hökm elan edilib. 

"Cebheinfo.az"-ın "NBC News"-a istinadən məlumatına görə, Burrell aqressiyanı artırmaq üçün" nəzarətsiz, pis qidalanan və qısa zəncirlərlə bağlanan 107 iti döyüşdürməkdə və istismar etməkdə təqsirli bilinib.

Bu cəzanın it döyüşü ilə bağlı cinayətlərə görə verilən "ən uzun" həbs cəzası olduğu deyilir.  Burrell ona qarşı irəli sürülən ittihamları rədd edib.

Burrellin mülkündən götürülən itlər hazırda heyvanların xilasetmə mərkəzindədir.

Seçilən
9
2
cebheinfo.az

3Mənbələr