Bakı. Trend:
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yəçatdı.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesinİnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasınınnövbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 9müraciətə baxılıb və onlardan 4-nə “Startap” şəhadətnaməsininverilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri "Mobil mühasib" MMC-nin mühasibatlıqxidmətlərini avtomatlaşdıran mobil tətbiqi, "Performance Center"MMC-nin təhsil müəssisələrinin akademik və administrativəməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi,"İDDO PSP" MMC-nin “İDDO” sağlamlıq proqramının idarəedilməsi üçünonlayn platforması və "YOLLAZ" MMC-nin taksi xidmətinin təşkiliüçün mobil tətbiqi layihələri üçün təqdim olunub.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı192-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnamənialdıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldəetdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 ilmüddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro vəkiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-yamüraciət edə bilərlər.