İran silahlı qüvvələrinin Suriyadakı varlığı bütün regionu təhdid edən strateji təhlükə idi.
Axar.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara deyib.
“Suriya Əsədin hakimiyyəti dövründə İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin ölkədə geniş şəkildə iştirakının şahidi olub. İran hökuməti Suriyadan Hizbullahı maliyyələşdirmək və silahlandırmaq üçün istifadə edib”, - o bildirib.
Onun sözlərinə görə, İran hökuməti Əsədi hakimiyyətdə saxlamaq üçün ən azı 30 milyard dollar xərcləyib.