AZ

Xalq artisti Tünzalə Ağayeva rep oxudu - VİDEO

Xalq artisti Tünzalə Ağayeva “Atəşim var, külüm yox” mahnısını yeni aranjemanda ifa edib.

News365.az xəbər verir ki, pop ulduz əfsanəvi mahnını tam fərqli janrda təqdim edib. 

Mahnının musiqisi və sözləri bəstəkar, sənətçi Suat Sayına məxsusdur. Mahnının rep hissəsini meyxanaçı, şair Fariz Zeynalov yazıb. 

Xalq artisti yaranan layihədən ağızdolusu danışıb: “Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Xahişimlə dəyərli dostum, meyxanaçı, şair Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz xip-xop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar. Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır. Rəqqaslarımız iki sevgili obrazını canlandırdılar. Onlar çox istedadlıdırlar. Bu mahnıya müraciət etməyimdə əsas məqsəd gənc nəsillərə bizim xalq, bəstəkar mahnılarımızı, muğamlarımızı, təsniflərimizi, folklorumuzu tanıtdırmaqdan ibarətdir”.

Seçilən
8
14
news365.az

10Mənbələr