Suriyanın yeni "First Lady"si - FOTO
Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şaara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bazar günü o, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib və burada görüşlər keçirib. Daha sonra paytaxtı tərk edərək onlar Məkkəyə gəlib, ümrə ziyarətinə qatılıblar. Əhməd əş-Şaaranın səfərini həyat yoldaşı Lətifə Əl-Şara, həmçinin Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib. Bu, Lətifə Əl-Şaranın ilk dəfə rəsmi fotoşəkillərə çəkildiyi hadisə olub. Lətifə Əl-Şara ərəb ədəbiyyatı üzrə ali təhsil alıb. Onun Homs yaxınlığında yerləşən Əl-Qaryatayn şəhərində anadan olduğu deyilir. ![Suriye](https://i.turkiyegazetesi.com.tr/images/25-02/04/suriye-lideri-ahmed-saranin-esi-ilk-kez-goruntulendi-17386656451057_1.jpg)